Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib.
“Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılmışdır. Dünyasını dəyişənlərə Allahdan rəhmət yaralılara isə şəfa diləyirik”, – R.Əliyev deyib.