19 C
Baku
Monday, April 29, 2024

Bakıda gediş haqqının 10 qəpik artımı metroya əlavə ₼9 mln. gəlir gətirib

Tarif Şurasının cari ilin əvvəlində gediş haqlarının 33 faiz qaldırılması ardından metro üzrə sərnişin daşınmalardan gəlirinə gözlənildiyi kimi təsir edib.

Banker.az xəbər ki, 2023-cü ilin birinci yarısında metro nəqliyyatı üzrə gəlirlər 40 milyon 425.6 min manat təşkil edib. 2022-ci ildə metro ilə sərnişindaşıma 28 milyon 884.6 min manat gəlir əldə edilmişdi. Beləliklə, sərnişindaşıma üzrə gəlirləri 40% artıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Ölkədə metro xidmətini həyata keçirən yeganə dövlət şirkəti “Bakı Metropoliteni” QSC-dir.

Metro ilə sərnişindaşımalar illik müqayisədə 9% artıb. Belə ki, 2022-ci ilin ilk yarısında 99 milyon 342 min sərnişin daşındığı halda, car ilin eyni dövrü ərzində 108 milyon 776.5 min sərnişin daşınıb.

Azərbaycanda metro və ictimai nəqliyyat dövlət tərəfindən tənzimlənir və 2022-ci ilin eyni dövründə metroda bir gedişin qiyməti 30 qəpik təşkil edirdi. 2023-cü ilin əvvəlində isə Tarif Şurasının qərarı ilə 40 qəpiyə qaldırılıb.

Ölkədə ilin ilk yarısında 108 milyon 776.5 min sərnişin daşınıb və bunun da 91 milyon 474.8 min sərnişini 1 fevraldan- 1 iyul aralığında daşınıb. Beləliklə, Tarif Şurasının 10 qəpiklik artımından sonra Metropoliten 5 ay ərzində 9 milyon 147.5 min manat əlavə gəlir əldə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər