2 C
Baku
Friday, February 28, 2025

Bakıda “Global CEO Summit 2025” tədbiri keçirilib

Azərbaycan HR İnstitutu və CEO Club Azərbaycanın birgə təşkilatçılığı, PAŞA Holdingin baş sponsorluğu, BMT-nin Qlobal Sazişinin əsas tərəfdaşlığı, Prime Cotton, Anzera, Golingua, Amrop Azərbaycan, Handex və ESET şirkətlərinin sponsorluğu ilə 25 Fevral tarixində Bakıda ilk dəfə yerli və qlobal şirkətlərin baş icraçı direktorları, iş adamları və sahibkarların iştirakı ilə “Global CEO Summit 2025” tədbiri keçirilib.

«Global CEO Summit 2025» tədbiri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 Fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti on il ərzində reallaşdırılması planlaşdırılan 5 “Milli prioritetlər”dən birincisi olan “Dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat” prioritetinə əsaslanaraq iqtisadiyyatın inkişafına və dünyaya inteqrasiyasına töhfə vermək, idarəetmə və insan kapitalının inkişafına dəstək olmaq, maliyyə və rəqəmsal transformasiya, müasir tələblərə uyğun kadr potensialının formalaşdırılması, eyni zamanda müasir texnologiya inkişafının gətirdiyi və gələcəkdə gətirməsi gözlənilən yeniliklər fonunda “Vizyoner liderliyin gücləndirilməsi” (Empowering Visionary Leadership) şüarı ilə təşkil olunub.

25 fevral 2025-ci il tarixində ölkəmizdə keçirilən “Global CEO Summit” tədbirində mühüm bir qərar qəbul edilib. Tədbirin təşkilat komitəsinin rəhbəri Emil Hüseynovun təşəbbüsü, aparıcı yerli və beynəlxalq CEO-ların birgə dəstəyi ilə 25 Fevral tarixi “Beynəlxalq CEO Günü” kimi təsis edilib. Yeni təsis edilən bu günün əsas məqsədi biznes dünyasının aparıcı fiqurları olan CEO-ların (baş icraçı direktorların) təşkilatdakı əhəmiyyətli rolunu vurğulamaq, onların innovativ idarəetmə bacarıqlarını və iqtisadi inkişafa verdikləri töhfələri qeyd etməkdir.

Qeyd etmək istəyirik ki, Azərbaycan HR İnstitutu təşkilatçılığı ilə “Baku International CEO Summit 2022”, “Global HR Summit 2023”, “World HR Summit 2024” və “COP29 Human Capital Forum” tədbirləri uğurla həyata keçirilib.

1 18 scaled

2 17 scaled 3 12 scaled 4 15 scaled 5 14 scaled 6 11 scaled 7 8 scaled 8 10 scaled 9 4 scaled 10 3 scaled 11 4 12 2 13 1 scaled 14 3 15

Son xəbərlər
Digər xəbərlər