Azərbaycanda mənzil-tikinti kooperativi “Xəzər İnşaat-XXI Əsr” MTK-nin (Xəzər İnşaat) nizamnamə kapitalı 11 dəfəyə yaxın artırılıb.
Banker.az xəbər verir ki, “Xəzər İnşaat”ın nizamnamə kapitalı 1 360 000 manat, yaxud 10.7 dəfə artırılmaqla 1 500 000 manata çatdırılıb.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən “Xəzər İnşaat-XXI əsr” MTK Bakının müxtəlif hissələrində hündürmərtəbəli binaların tikintisini həyata keçirir.