12 C
Baku
Şənbə, Dekabr 4, 2021

Bakıda güclü külək nə vaxt bitəcək? – AÇIQLAMA

“Bu gün paytaxtda əsən güclü şimal-qərb küləyi gündüz saatlarından başlayaraq tədricən mülayimləşəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq:

“Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək”.

O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq”.

G.Məmmədova əlavə edib ki, noyabrın 12-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.

Son xəbərlər
Oxşar xəbərlər
X