Banker.az bu dəfə Bakıda olan antikafeləri və qiymətləri araşdırdı. İlk olaraq antikafe nədir, bu termin necə yaranıb, nə məqsədlə istifadə olunması barəsində məlumat verək.
Antikafe nədir?
Antikafe sözü son dövrlərdə meydana gəlmişdir. Məlumdur ki, “anti-” hissəciyindən nəyisə inkar etmək, nəyəsə qarşı qoymaq mənasında istifadə olunur, fransız mənşəli kafe sözü isə hər kəsə yaxşı məlumdur. Bu sözlərin birləşməsindən adət etdiyimiz kütləvi iaşə müəssisəsi kimi fəaliyyəti inkar edən məkan yaranmış olur. İlk dəfə bu anlayışdan 2011-ci ilin sentyabrında “Siferblat” (“Циферблат”) müəssisəini açmış yazıçı İvan Mitin istifadə etmişdir. Antikafe dedikdə isti çay və kofe içmək mümkün olan amma kafe olmayan görüş məkanı başa düşülür. Mahiyyətinə görə burada dəqiqələr satılır. Antikafenin təyinatı qidalanmaq deyil, ünsiyyətdir. Bütün antikafeləri sərinləşdirici içkilərə, kofeyə, çaya, desertlərə, dost və tanış olmayan insanlarla oyunlara, kovorkinq, filmlərin baxılmasına təminat verir. Bunlara görə heç bir haqq alınmır. İnsanlar yalnız içəridə olduqları müddətə görə pul ödəyirlər. Demək olar ki, belə formatlı bütün müəssisələrə insanlar özləri ilə yeməyə və içməyə nəsə gətirə bilərlər.Anticafe, Bakıda yerləşən rahat və şirin bir kafedir. Bu yerin əsas xüsusiyyəti budur ki, burada yalnız sərf etdiyiniz vaxta görə ödəməlisiniz. Çay, qəhvə, şirniyyat pulsuzdur. “Antikafe kafe qaydalarının əskinə olan yer deməkdir. Burda ofisiant olmur, hər kəs evindəki kimi özünə qulluq edir.
Araşdırmaya görə, Bakıda az sayda belə kafelər var. Aşağıda qeyd edilmiş məlumatlarda bu antikafelərlə, onların qiymətləri və ünvanları ilə tanış ola bilərsiniz.
Bakıda hansı “anticafe”lər var və qiymətlər necədir?
Concept Anti Cafe – Məkanın paytaxtda iki filialı – “Concept Anti Café Vintage” və “Concept Anti Café Bohem” filialları fəaliyyət göstərir.Burada pul vaxta görə ödənilir. Standart paketdə (ümumi zalda) adambaşı ilk saat 5 azn, 2-ci saat 4 azn, 3-cü saat 3 azn, 4-cü saat 2 azn və sonrakı saatlar 1 azndən hesablanır. Qiymətə yeyib içə biləcəyiniz qədər çay, kofe və şirniyyat daxildir. Özünüzlə yemək, içmək də gətirə bilərsiniz (buna qadağa yoxdur), eyni zamanda kafedən də sifariş verə bilərsiniz, keyfiniz istəyən qədər stolüstü oyunlar (30 növ) və stolüstü futbol oynaya bilərsiniz. Otaqlarda (PS3 və Karaoke, PS4 və Karaoke, Cinema room) qiymətlər adam sayına görə dəyişir və şəkildə qeyd olunub. Otaqlarda da qiymətə yeyib içə biləcəyiniz qədər çay, kofe və şirniyyat, stolüstü oyunlar (40 növ) daxildir. 2,3 və 4cü otaqlardır və qiymət ümumidir. Tarqovu və 28 Mayda yerləşir.
“Tik-Talk” anticafe – Bakının ilk antikafesidir. Bakıda ən böyük oyun kolleksiyası burdadır. Əməkdaşlar oyunları bilir və sizə öyrətməyə hazırdır. Müasir və Klassik ədəbiyyatı özündə cəmləşdirən böyük kitabxana da həmçinin var. Qiymətlərimiz: birinci saat adambaşı 4 manatdır, ikinci saatdan başlayaraq hər 10 dəqiqə 40 qəpikdir. Çay, qəhvə, şirniyyat və masaüstü oyunlar (200-dən çox stolüstü oyun) qiymətə daxildir. 200 oyun, 1176 kitab və 17 növ çay və ədviyyatlar var. Hər şey pulsuzdur, yəni ödədiyiniz vaxta görə daxildir. Central Baku kafesi ilə üzbəüz yerləşir. Binanın nömrəsi – 64.
Apartment 9 – Ümumi zalın (qonaqların hamısının birgə istifadə etdiyi otaq) qiyməti 1 nəfər üçün 1-ci saat 4 AZN, 2-ci saat +4 AZN və növbəti saatlar 2 AZN-dən hər saatı hesablanır. Sinema və oyun zallarının (ayrıca otaqlardır) qiyməti 1 nəfərdən 10 nəfərə kimi, 1-ci saat 15 AZN, 2-ci saat +15 AZN və növbəti saatlar hər saatı 8 AZN nəzərdə tutulub. Əgər 10 nəfərdən artıq olarsanızsa, hər əlavə gələn qonaq üçün hər bir saatına 2 AZN əlavə ödəməlisiniz. Həmçinin siqaret çəkmək üçün ayrıca otaq mövcuddur. Həmin otaq ümumi istifadə üçün nəzərdə tutulub. Lakin, istəkdən asılı olaraq həmin otağı da bron etmək mümkündür, otaqdan yalnız siz istifadə edə bilərsiniz-belə olduğu halda siz minimum 10 nəfərin ödənişini, yəni 1 saata 20 AZN etməlisiniz. Əgər 10 nəfərdən artıq olarsanızsa, hər əlavə gələn qonaq üçün hər bir saatına 2 AZN əlavə ödəməlisiniz. Göstərilən qiymətlərə stol üstü oyunlar, limitsiz olaraq çay,kofe və müxtəlif şirniyyatlar daxildir. Nərd, mafiya, kart, uno və s. Kimi oyunlar oynamaq mümkündür. “Megafun”ın yanında yerləşir.
Second Home Baku – Antikafe ikimərtəbəli, ev ab-havasına malik məkandır. Burada çoxsaylı maraqlı stolüstü oyunlar və “PlayStation 3” oynamaq olar ki, bunlardan da ödənişsiz istifadə edəcəksiniz. Məkanda dostlarınız, yaxınlarınızla səmərəli vaxt, ad günü və müxtəlif tədbirlər keçirmək imkanı var. Buraya özünüzlə tort və “fast food” da gətirə bilərsiniz. Məkanın bütün otaqlarında qiymət eynidir.
Ooh La La Anticafe – Anti-kafe Sahil metrosuna 3 dəqiqəlik məsafədə yerləşir. Metrodan çıxanda Malakan bağı istiqamətində gedib ilk yol ayrıcından sola, ikinci yol ayrıcından piyada keçidi ilə sağa dönürsünüz. Təxminən 50 metr irəlidə escada butikin yanında yaşıl qapını görəcəksiniz. qapının kodu 27-dir. Bir nəfər üçün saatı 4 AZN nəzərdə tutulub. Balaca otağı 1 saatlıq bağlatdırmaq. 5 nəfərə qədər 25 azn, 5 -10 nəfər arası 35 azn 10 – 15 nəfər arası 50 azn. Hər iki formada fəaliyyət göstərir. Məkan xanımlar üçündür. Bura fərqli konsepsiyada qurulmuş, retro stildə dizayn edilmiş balaca bir antikafe&butikdir. Dekoru, musiqisi, və s. xüsusiyyətləri ilə 30-cu illər Parisini və “art nouveau” üslubunu özündə əks etdirir. Məkan yalnız xanımlar və həftənin 1, 2, 3 və 4cü günləri isə həm də cütlüklər üçün nəzərdə tutulub. Həmin günlər ailənizlə, sevgiliniz, nişanlınız, və ya dostunuzla gələ bilərsiniz.