26 C
Baku
Saturday, April 20, 2024

Bakıda havanı çirkləndirən şadlıq sarayları – Sıyahı açıqlandı

Ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində Ekologiya və Təbbi Sərvətlər Nazirliyi tərəfindən ictimai-iaşə obyektlərində monitorinqlər aparılıb, təmizləyici qurğuların quraşdırılması üçün kompleks tədbirlər görülüb. Deyə bilərik ki, artıq restoran və şadlıq saraylarının 90 faizində qurğular quraşdırılıb.

Bunu jurnalistlərə açıqlamasında ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib.

O, qeyd edib ki, bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan nazirlik təkrar monitorinqlərə başlayıb: “Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. Bunlar “Real”, “Golden Ring”, “Sonalar Sonası”, “Milord”, “Həyat”, “Cənnət”, “Flaminqo”, “Qızıl Buta”, “Madonna”, “Afrodita”, “Oazis”, “Qızıl Tac”, “Gold Palace”, “Niel”, “İdeal”, “Şəhanə” və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir”.

ETSN rəsmisi onu da bildirib ki, təmizləyici qurğuların quraşdırılması ilə iş bitmir, bundan sonra da qurğulara davamlı texniki xidmət göstərilməli, filtrlər vaxtaşırı dəyişdirilməli, verilən göstərişlər yerinə yetirilməlidir: “Ümumiyyətlə, havanı çirkləndirən amillərə qarşı ciddi mübarizə aparılması qarşımıza mühüm vəzifə kimi qoyulub və bundan sonra da bu istiqamətdə Nazirlik tərəfindən lazımi və sərt tədbirlər görüləcək”.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər