8 C
Baku
Monday, March 10, 2025

Bakıda hotel idarəedicisinin kapitalı 4 dəfədən çox artırılıb

Bakıda keçən il yaradılan hotel şirkəti “Baku Garden Hotel Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı dörd dəfə artırılıb.

Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 100 000 manatdan 405 100 manata qədər artırılıb.

Bu ümumilikdə yarandığı gündən bu günə qədər hotel idarəedicisinə 305 100 manat əlavə vəsait qoyuluşu deməkdir.

Xatırladaq ki, şirkət 2024-cü ilin mayında təsis edilib. “Baku Garden Hotel Company” MMC “Hilton Garden Inn Baku”nun idarəedicisidir. Hotel Azərbaycanın “PMD Projects” şirkətinin layihələrindən biridir.

“Hilton Garden Inn” Bakı şəhərinin mərkəzində, Rəşid Behbudov küçəsində yerləşir. “Hilton Garden Inn” “Hilton”un 14 markasından biridir. Otaqların ümumi sayı azdır, 180 otağı var.

Son xəbərlər
Digər xəbərlər