22 C
Baku
Tuesday, April 23, 2024

Bakıda hündürmərtəbəli binada yanğın: Sakinlər təhlükədədir

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Banker.az xəbər verir ki, bu barədə yanğın baş verən binanın sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər