17 C
Baku
Tuesday, April 16, 2024

Bakida “I MDB Beynəlxalq Bankçiliq Sərgi-Konfransi” keçiriləcək

17-18 aprel tarixində Bakı şəhəri, “Fairmont Hotel”də ölkədə fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə nəzarət qurumlarının, həmçinin Türkiyə, Rusiya, Gürcüstan və digər MDB ölkələrinin, habelə avropa, Çin maliyyə texnologiyaları şirkətlərinin rəhbər şəxslərinin iştirakı ilə “Rəqəmsal Bankçılıq və Təhlükəsizlik” mövzusunda “MDB Beynəlxalq Bankçılıq Sərgi-Konfransı” keçiriləcəkdir. Konfrans Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin tədbirlər planına istinad olaraq Bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərə dəstək məqsədi daşıyır.

İki gün davam edəcək sərgi-konfransda maliyyə texnoloji avadanlıqlarının, proqram təminatlarının, bank avtomatlaşdırma sistemlərinin nümayiş sərgisi olacaqdır. Müasir ödəmə və identifikasiya vasitələri, ATM təhlükəsizlik, kibertəhlükəsizlik mövzusunda geniş təqdimatlar keçiriləcəkdir. Konfransda “Unionpay”, “VİSA”, “Microsoft”, “Tinkoff bank”, “Oracle financial sevices”, “Kaspersky LAB”, “DenizBank”, “SWIFT” , “BVK technology”, “KAL-ATM software”, “ABBY”, “İntellect design”, “FBS Group”, “Capitalbanking solutions”, “UBİQ innovations”, “KOD-A”, “Fit Solutions”, “İntertech”, “Paymentology” “Olimpic banking systems by ERI” “BankSoft”, “Spinnaker” kimi maliyyə xidmətləri şirkətlərinin yeni innovativ təqdimatları gözlənilir.

Bundan əlavə tədbirin ikinci günündə maliyyə təşkilatlarınin istəyinə uyğun olaraq texnoloji şirkət nümayəndələri ilə fərdi biznes görüşləri və müzakirələri aparılacaqdır. Tədbirdə həmçinin yerli və xarici mətbuat nümayəndələri iştirak edəcəkdir.

Məlumat üçün bildirmək istərdik ki, konfrans iki dildə (ingilis-azərbaycan) keçiriləcəkdir. Sinxron tərcümə təmin ediləcəkdir. Tədbirin veb səhifəsi www.dbs-conference.org  

Konfrans “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin tədbirlər planına istinad olaraq bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin bir hissəsidir və “FA International Trade Events” (www.futureadvantage.events) şirkətinin təşkilatçılığı ilə keçirilir.

Son xəbərlər
Digər xəbərlər