Bu ilin yanvar-iyun aylarında Bakıda dəyəri 178.9 milyon manat olan içki istehsal edilib.
Banker.az bu barədə Bakı Şəhəri Statistika İdarəsindən əldə etdiyi rəsmi məlumata əsasən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 14% istehsalında artım müşahidə olunub.
Belə ki, alkoqolsuz içkilərin istehsalı 15.1%, pivə istehsalı isə 2.3 dəfə artıb, araq istehsalı isə 18.2% azalıb.