13 C
Baku
Saturday, May 18, 2024

Bakıda icra başçılardan birinə 1-ci müavin təyin edildi

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.

Banker.az xəbər verir ki, icra başçısı Elxan Allahverdiyevin əmri ilə, Hacıbaba Babayev Adil oğlu başçının I müavini təyin edilib.

Buna qədər vəzifə vakant idi. Belə ki, qeyd edilən vəzifədə çalışan Leysan Məmmədov Novruz oğlu qısa müddət çalışdıqdan sonra istefa vermişdi.

Hacıbaba Babayev 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Sonra isə icra başçısının müavini təyin edilmişdi.

Hacıbaba Adil oğlu Babayev 01 yanvar 1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbə getmişdir. 1993-cü ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1996-cı ildə Texnikumu Mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini bitirmişdir.

25 mart 1994-cü il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsinə təyin olunaraq, əmək fəaliyyətinə başlamış, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışmış, 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnmişdir.

2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin qiyabi şöbəsini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər