Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Leysan Məmmədov vəzifəsindən ayrılıb.
Bu barədə Banker.az Binqədi RİH-nə istinadən xəbər verir.
Qeyd edək ki, Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olub.
O, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.