26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Bakıda icra başçısının töhmət alan 51 yaşlı 1-ci müavini vəzifəsindən azad edilib

Screen Shot 2021 09 02 at 14.34.20

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunub.

Banker.az xəbər verir ki, vəzifəsindən azad edilən 51 yaşlı Süleymanov İlqar Qəzənfər oğludur.

Bununla bağlı isə icra başçısı Allahverdiyev Elxan Şamil oğlu əmr imzalayıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ötən ilin yayında Binəqədi qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələləri ilə bağlı nöqsanlar aşkar etmişdi. Məsələ ilə BŞİH başçısı Eldar Əzizov da tanış olmuşdu və həmin tarixdəki açıqlamaya görə, aşkar edilən çatışmazlıqlar yerində müzakirə edilərək Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilmişdi.

Süleymanov İlqar Qəzənfər oğlu 12 iyul 1970-ci ildə Gədəbəy rayonunun Keşişkənd kəndində anadan olmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2012-ci il tarixli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə, 4 dekabr 2013-cü il tarixli əmri ilə icra başçısının birinci müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər