Bakıda ictimai nəqliyyatda ödəniş sistemində yenidən problem yaranıb.
Artıq bir saatdan çoxdur ki, ictimai nəqliyyatda QR-kodla ödəniş etmək mümkün deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu verilib.
Xatırladaq ki, mayın 9-da da analoji problem yaranmışdı.