Bakıda ictimai nəqliyyatda ödənişlər bank kartları ilə aparıla bilər

0

Bakının ictimai nəqliyyat sistemində bank kartları vasitəsilə gediş haqqının ödənişlərinin aparılmasına dair həm banklar, həm də “BakıKart”la danışıqlar aparılır.

Bunu  “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, bank kartlarının nəqliyyatda ödəniş üsulu kimi istifadə edilməsi “Nağdsız Azərbaycan” proqramının ən önəmli təməllərindən biridir. 

“Biz çox istəyirik ki, bu, olsun və sözügedən məsələ həm banklar, həm də “BakıKart”la müzakirə olunur. Amma bunun üçün müvafiq baza yaradılmalıdır, banklar tərəfindən isə kartların təmassız funksionalının olması gərəkdir. Eyni zamanda bu kartları qəbul edə biləcək infrastrukturunun da olması vacibdir. Bütün bunlar olduğu təqdirdə biz inanırıq ki, maraqlı tərəflər ödənişləri bank kartları ilə həyata keçirilməsini tətbiq edəcək. Lakin bunun nə zaman baş verəcəyi barədə indi nə isə demək çox çətindir, çünki biz qeyd etdiyim digər qurumlar tərəfindən atılacaq addımlara tabeyik”, – deyə E. Çakar qeyd edib.

©APA-Economics