Bu gün Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.
ABA-dan “APA-Economics”ə verilən məlumata görə, iclasda II Bankçılıq Forumunun keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Forumun gündəliyi ilə bağlı təkliflər və digər məsələlər də müzakirə edilib.
Assosiasiya tərəfindən keçiriləcək forum 2017-ci ilin oktyabr-noyabr ayında baş tutacaq.