Sabah Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsinin Hüseynbala Əliyev küçəsində kanalizasiya kollektorunun inşası ilə əlaqədar tikinti-quraşdırma işləri həyata keçiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, buna görə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək müvəqqəti məhdudiyyətlərə uyğun olaraq 173 A və 179 nömrəli avtobusların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək K.Kərimov küçəsi, Dənizkənarı yol və M.Mirqasımov küçəsi ilə təşkil ediləcək.