19 C
Baku
Şənbə, Sentyabr 25, 2021

Bakıda iki polis rəisi işdən çıxarılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Bakı şəhəri Nərmanov rayon Polis İdarəsinin rəis vəzifəsini müqəvvəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki faktı təsdiqləyib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər