15 C
Baku
Saturday, October 19, 2024

Bakıda iki şirkət birləşdi

Azərbaycanda iki şirkət birləşdi.

Banker.az xəbər verir ki, “Enes” MMC “Enes Kimya” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunmasını elan edir.

Digər bir məlumatda isə “Enes Kimya” MMC Enes MMC-yə qoşularaq ləğv olunduğunu elan edir.

Qeyd edək ki, “Enes Kimya” MMC 2016-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Samir İbrahimovdur.

Onu da bildirək ki, şirkət Almaniyanın Wacker Chemie AG və Cənubi Koreyanın Lotte Fine Chemicals şirkətlərinin Azərbaycanda rəsmi distribütoru olaraq sement və gips tərkibli məhsullar, eləcə də boya və izolyasiya məhsulları üçün polimerlər, silikonlar və müxtəlif tərkibdə metil etil sellülozlar və hidroksi etil sellülozlar təklif edir.

Son xəbərlər
Digər xəbərlər