5 C
Baku
Wednesday, January 15, 2025

Bakıda inşaat işlərinin 89%-ini özəl sektor yerinə yetirib

2021-ci ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67.4%-ini tikinti, yenidənqurma və genişləndirmə işləri təşkil edib.

Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Hesabat dövründə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 6.5%-ini əsaslı təmir, 5.7%-ini cari təmir, 20.4%-ini isə sair tikinti işləri təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinin məlumatına əsasən, ümumi inşaat işlərinin 89%-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

 

Son xəbərlər
Digər xəbərlər