Bu ilin yanvar-sentyabr aylarında Bakıda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2.5% artıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsi bildiriri.
Məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri 4.7%, qeyri-ərzaq malları üzrə 0.6%, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 1.1% artım olub.