5 C
Baku
Monday, December 23, 2024

Bakıda investorlar aviaşirkətin dollar istiqrazlarını “gözüyumlu” aldılar – Tələb təklifi üstələyib!

23 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasında “Silk Vey Vest Aviaşirkəti” MMC-nin (Silk Way West Aviation) istiqrazlarının yerləşdirilməsi üzrə hərracda tələbin yüksəlməsi dollar istiqrazlarının gəlirliliyinə xeyli təsir edib.

Banker.az xəbər verir ki, aviaşirkət 5.5 faiz gəlirliklə istiqraz bazarında təkliflər etsə də, istiqrazların gəlirliliyinin maksimal həddi 5.5 faiz minimal gəlirliliyi isə 4.08 faiz olub. Orta çəkili gəlirlilik faizi isə 4.81 faiz olub.

“Silk Way Holding”ə daxil olan aviaşirkət bu hərracda 20 mln. manat cəlbini nəzərdə tutmuşdu, lakin qeyd edilən tələbin yüksəlməsi onun dollar istiqrazlarından ümumilikdə 20.38 mln. manat reallaşdırmasına gətirib çıxrıb.

13 investorlar bu hərracda iştirak etməsinə rəğmən onlar tərəfindən təklif iri həcmlidir. Belə görünür, “Silk Vey Vest Aviaşirkəti” MMC-nin öncəki təcrübəsi, ABŞ dollarında olması fonunda istiqrazlarını daha aşağı gəlirliliklə almağa razılaşıblar. Maliyyə bazarlarında istiqrazların gəlirliliyi (faiz dərəcəsi) və onların qiyməti arasında tərs əlaqə var: istiqrazlara tələbat artdıqca onların qiyməti artır, nəticədə isə investor üçün gəlirlilik azalır. Nəticədə, orta çəkili gəlirlilik 4.81 faiz səviyyəsində formalaşıb.

Xatırladaq ki, Silk Way Airlines baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkətidir. Aviaşirkət müxtəlif yükdaşıma xidmətlərini həyata keçirir. Silk Way Airlines Bakıda yerləşən mərkəzindən bütün Asiya və Avropaya uzanan qitələrarası marşrutlar üzrə müntəzəm uçuşlar ilə bərabər, belə uçuşların yerinə yetirilməsi çətin olan ərazilərdə geniş təcrübəyə malikdir. Şirkət bundan öncə də fond bazarında ABŞ dollarında istiqrazlar buraxıb.

İstiqrazlar üzrə məlumatlar aşağıdakı kimidir:

Emitentin adı “SİLK VEY VEST AVİAŞİRKƏTİ” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN AZ2004023514
İstiqrazların növü və forması İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması Kütləvi / Rəqabətli
İstiqrazların sayı 20,000 (ədəd)
İlkin ticarət qiyməti 1,000 ABŞ dolları
İstiqrazların buraxılış həcmi 20,000,000 ABŞ dolları
İllik gəlirlilik faizi 5.5%
Minimal qiymət 1000 (5.50%) ABŞ dolları
Maksimal qiymət 1040 (4.08%) ABŞ dolları
Kəsmə qiyməti 1000 (5.50%) ABŞ dolları
Ortaçəkili qiyməti 1019.23 (4.81%) ABŞ dolları
İstiqrazların reallaşdırılmış həcmi 20,384,600 ABŞ dolları
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) 20,000,000 ABŞ dolları
İnvestor sayı 13
Sifariş sayı 13
Ödəmə Periodu ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti 3 il
Anderrayter “PAŞA Capital İ.Ş.” QSC
Son xəbərlər
Digər xəbərlər