“Fiesta Group” MMC-yə ötən ilin yayında yazılmış cərimə protokolla bağlı məhkəmə bu gün qərar verib.
Banker.az xəbər verir ki, Şirkət barəsində 2023-cü ilin iyulunda Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdi.
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində Xalidə Əlisoyun hakimliyi ilə keçirən iclasda inzibati tənbeh tətbiq edilib.
192.1-ci maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə nəzərdə tutulur. Bu maddəyə görə, hüquqi şəxslər 20 min manatdan 25 min manatadək məbləğdə cərimə edilir.
Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Xatırladaq ki, “Fiesta Group” MMC 2021-ci ildə yaradılıb. Şirkətin 100 manat nizamnamə kapitalı var və onun qanuni təmsilçisi Elçin Quliyev Vaqif oğludur.