16 C
Baku
Thursday, April 25, 2024

Bakıda “iPhone 13”lərin satışına başlanıldı – 2 040 manatdan 4 700 manata qədər

Amerikanın “Apple” şirkətinin bazara yeni çıxardığı “iPhone 13”lərinin Azərbaycan bazarındakı rəsmi qiymətləri açıqlanıb.

Banker.az-ın bazardakı mənbələrdən əldə etdiyi məlumata görə, elektronika satışlarını həyata keçirən mağazaların vitrinlərində “iPhone 13”lərin qiyməti 4700 manata qədər çatıb. Yeni markalar “midnight”, “blue”, “starlight”, “blue”, “red” kimi çeşidlərlə satışdadır.

“iPhone 13 mini” bazarda 128 GB yaddaşla 2039.99 manata satışa çıxarılıb.

“iPhone 13” 128 GB yaddaşa sahib olmaqla ağıllı telefonların 2339.99 manata satışa çıxarılıb. 256 GB yaddaşla qeyd olunan rəng çeşidlərində 2629.99 manata satılırlar.

“iPhone 13 Pro Max” modelləri isə hazırda 3 229 manatdan qiymətləri start verir. Bu modellərin qiymətləri belədir:

128 GB yaddaşla – 3229 manat;

256 GB yaddaşla – 3499.99 manat;

512 GB yadaşla – 4089.99 manat.

“iPhone 13 Pro Max 1 TB Sierra Blue” isə bazarda 4 669.99 manata əldə edə bilərsiniz.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər