Bakıda iri həcmli qarət törədildi

0

Bakıda iri həcmli ev qarəti törədilib. Səbail rayonu polis idarəsindən verilən məlumata görə, naməlum şəxs Yaşar Müzəffərov adlı bir şəxsin evinə daxil olaraq buradan 48 min manat, 11 min ABŞ dolları və 20 min manat dəyərində zinət əşyaları oğurlamışdır. Polis əməkdaşları baş vermiş hadisə ilə bağlı operativ axtarış tədbirləri keçirir.