30 C
Baku
Tuesday, July 1, 2025

Bakıda iri işləri layihələndirən şirkətin xalis mənfəəti 33% azalıb

Su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 2024-cü ili 1 milyon 882 min manat xalis mənfəətlə başa vurub.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, bu da əvvəlki illə müqayisədə 32.9% və ya 919 min manat azalma deməkdir. Bununla da bölüşdürlüməmiş mənfəət 2 milyon 885 min manat olub.

Şirkətin əsas əməliyyat gəliri 2023-cü ildəki 6 milyon 491 min manatdan 2024-cü ildə 7 milyon 898 min manata yüksələrək 21.6% artım göstərib. Satışın maya dəyəri isə 24.8% artaraq 4 milyon 587 min manata çatıb. Nəticədə, ümumi mənfəət 17.6% artaraq 3 milyon 311 min manat olub.

“Hydrotrans – Engineering”in əməliyyat mənfəəti 2 milyon 360 min manat təşkil edib, bu da əvvəlki illə müqayisədə 15.7% azdır.

Balans hesabatına görə, şirkətin aktivləri 2023-cü ildəki 5 milyon 19 min manatdan 2024-cü ildə 4 milyon 929 min manata düşüb. Bu 1.8% azalma deməkdir. Xalis kapital 2 milyon 886 min manat olaraq qalmaqla faktiki olaraq sabit qalıb. Öhdəliklər isə 2 milyon 194 min manatdan 2 milyon 43 min manata qədər azalıb.

Xatırladaq ki, “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 1995-ci ildə təsis edili. Onun 716 manat nizamnamə kapitalının 70 faizi “Efendi İnternatinal Group” MMC-yə, 30 faizi isə Emina Khanum Omarievaya məxsusdur. Emina Khanum həm də şirkətin baş icraçı direktorudur.

Son xəbərlər
Digər xəbərlər