25 C
Baku
Saturday, July 27, 2024

Bakıda islam ipotekasının verilməsinə başlana bilər

Azərbaycanda islam qaydalarına uyğun ipoteka sisteminin yaradılması təklif olunur.
ANS TV-nin məlumatına görə, bundan başqa bankların şəriət qaydalarına uyğun fəaliyyət göstərə bilməsi üçün qanunvericilik bazasının hazırlanması da gözlənilir. Bu sahənin problemləri “İslam maliyyəsi- mövcud vəziyyət və gələcək gözləntilər” adlı konfransda müzakirə olunub. Ölkənin əsas iqtisadçı alimləri, eləcə də rəsmiləri islam bankçılığının üstünlüklərindən danışıblar.

 Azərbaycanda islam maliyyəsiin inkişafı təklif olunur. Dünya iqtisadiyyatında yaşanan gərginlik, xüsusilə neft ölkələrinin gəlirlərinin azalması ilə yaranan böhran bank sektorunun diqqətini islam maliyyəsinə yönəldib. 2008-ci il böhranından ziyansız çıxmış islam maliyyələsinin Azərbaycanda da fəaliyyətinin genişlənməsi təklif olunur. Amma buna əngəl olan bəzi səbəblər var. ilk növbədə islam bankçılığını qanuniləşdirən hüquqi baza hazırlanmalıdır.
Millət vəkili Əli Məsimlinin sözlərinə görə, Parlamentdə qanun layihəsinin müzakirəsi gözlənilir. Qanun qəbul olunarsa, İslam banklarının yolu açılar, bu isə onlarla ənənəvi maliyyə təşkilatarı arasında rəqabətin yaranmasına, faizlərin enməsinə səbəb ola bilər. O hətta şəriət prinsiplərinə uyğun ipoteka sisteminin yaradılması da mümkünlüyünü deyir.
Müsəlman bankçılığının əsas üstünlüyü gecikmələrə görə, əlavə faizlərin hesablanmamasıdır. Həmçinin belə banklar içki, tütün kimi sahələrə pul ayırmır. Kredit verərkən faiz əvəzinə gələn gəlirdən pay götürür. Bir növ islam krediti pulun-pul qazanması yox, pulun istehsalda artmasına hesablanıb. Hazırda Azərbaycanda 8 bank islam qaydalarına uyğun müəyyən məhsullar təklif edir. Amma islam maliyyəsinin dövriyyəsi ümumi bank sektorunda 1%-dən çox deyil. Halbuki qeyri-islam ölkələrində vəziyyət daha yaxşıdır.
Mərkəzi Bankın nümayəndəsi Şaiq Adıgözəlov qeyd etdi ki, İslam bankşılığı hər il 15 faiz böyüyür və onun 1 tirliyon dollardan çox aktivləri formalaşmışdır. O İslam bankçılğı üçün ən münbit şəraitin Britaniyada, Almaniyada, İsveçdə və Belçikada olduğunu deyir.
Mərkəzi Bank nümayəndəsinin Azərbaycanda görülməli olan işlər barədə danışmaması millət vəkillərini dilə gətirdi. Deputat Vahid Əhmədov qurumu İslam bankçılığının inkişafı üçün lazımi qədər fəaliyyət göstərməməkdə ittiham etdi. Amma millət vəkilinin bu iradına cavab gəlmədi. Mərkəzi Bank rəsmisi mətbuatın da suallarını cavabsız qoydu.
Son xəbərlər
Digər xəbərlər