7 C
Baku
Thursday, December 12, 2024

Bakıda “istifadə olunmamış” klinika 15 mln. manat dəyərində satışa çıxarılıb

Bakının Əhmədli qəsəbəsində fəaliyyət göstərən “Qismət” klinikası 15 mln. manat və ya 8,82 ABŞ dolları dəyəri ilə satışa çıxarılıb. Banker.az bildirir ki, bu barədə elan saytlarının birində 6 oktyabr tarixindən etibarən yerləşdirilib. Mülkiyyətçi bildirib ki, klinikada əksər əmlaka “hələ də əl dəyilməyib”.

Satışa çıxarılan klinikanın sahəsi 4 300 m2 olan 7 mərtəbəli özəl klinikanı satışa məhz mülkiyyətçi özü təqdim edib.

“Bütün avadanlıqlar hamısı sıfırdan yenidir. Aparatlar, əməliyyat otaqları, palatalar model istifadə olunmayıb. 2 MRT və KT, USM, Rentgen aparatları mövcuddur. Bütün sənədləri qaydasındadır (qeyri-yaşayış kupça) 3 sərnişin, 2 alətlər üçün lifti var. Bütün infrastrukturlar hamısı yaxınlıqda yerləşir”- deyə mülkiyyət sahibi bildirib.

5443

Son xəbərlər
Digər xəbərlər