2024-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8.6 faiz artaraq 966,9 milyon manat olub.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60 faizini təşkil edib.