15 C
Baku
Sunday, November 24, 2024

Bakıda kafe və restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 26-da ölkə üzrə 396 ictimai iaşə obyektində 697 monitorinq keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail ‎rayonu, Xəqani küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Zeynalov Xəyal Murad oğluna məxsus “Nori suşi” restoranı;

2. Bakı şəhəri, Binəqədi‎ ‎rayonu, Atatürk pr., ev 182m ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Nazim Qədir oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail ‎rayonu, Əziz Əliyev küçəsi 11a ünvanında yerləşən, hüquqi şəxs “Qonaq Hospitality Group” MMC-yə məxsus “Cubar” kafesi;

4. Bakı şəhəri, Nəsimi‎ rayonu, 3 mkr., Cavadxan küçəsində yerləşən, fiziki şəxs Mədinəyeva Mətanətə məxsus restoran.

Son xəbərlər
Digər xəbərlər