2023-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 24.5 faiz artaraq 872.8 milyon manat olub.
Banker.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 516.4 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 59.2 faizini təşkil edib.