Bakıda “Kibertəhlükəsizlik konfransı” keçiriləcək

Bu il martın 2-də II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Bakıda “Kibertəhlükəsiz konfransı” keçiriləcək.

Bu barədə “Azərpoçt”dan bildirilib.

Məlumata görə, tədbirdə günün müasir trendləri və çağırışları nəzərə alınaraq, sahə üzrə yerli və beynəlxalq şirkətlərin yeni kibertəhlükəsizlik həlləri ilə bağlı təqdimatları və məruzələri dinləniləcək.

“Kibertəhlükəsizlik konfransı” sual-cavab sessiyaları, ikitərəfli və çoxtərəfli görüşlər və müzakirələr, özəl-dövlət, dövlət-dövlət, özəl-özəl və s. üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün əvəzolunmaz platforma rolunu oynayacaq.

Qeyd edək ki, konfransla paralel olaraq 15 yerli və beynəlxalq şirkətin kibertəhlükəsizlik üzrə həllərinin nümayiş etdiriləcəyi “Cyber Village” sərgisi də baş tutacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları