4 C
Baku
Friday, February 23, 2024

Bakıda kirayə evlər bahalaşıb – QİYMƏTLƏR

Ali təhsil müəssislərində dərslərin başlamasına az müddət qalıb. Ölkənin müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tutub.

Tələbat çox olsa da uyğun qiymətə mənzil tapmaq heç də asan deyil.

Bakının bəlli rayonlarında avqust-sentyabr aylarında kirayə mənzillərin qiyməti bahalaşıb. Bahalaşma əsasən tələbə axını əlaqəlidir və 20-30 faiz civarındadır.

Hazırda universitetlərə yaxın rayonlar üzrə qiymətlər belədir:

Yasamal rayonunda 2-3 otaqlı və əşyalarla birgə kirayə evlər 400-650 manat arasında dəyişir. Bu evləri bir neçə tələbə kirayə götürərkən onlara qiymət 100-200 manat arasında başa gəlir.
Nərimanov rayonunda isə 2-3 otaqlı evlərin qiyməti 550-750 manat arasında dəyişir.

Bakıdan kənarda isə kirayə evləri 2 dəfə ucuz qiymətə tapmaq mümkündür.

Qeyd edək ki, ötən illə müqayisədə kirayə evlərin qiymətində 50-100 manat bahalaşama qeydə alınır.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər