Bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
O əlavə edib ki, 20 Yanvar dairəsi, Alatava, Zığ-Hövsan istiqaməti, “Həzi Aslanov” metrosu və onun ətrafında olan ərazilərdə qiymətlər heç də mərkəzdəki qiymətlərdən fərqlənmir:
“Məsələn, Xətai rayonu ərazisində kirayə evlərin qiyməti 750-800 manat təşkil edir. Ümumiyyətlə daşınmaz əmlak bazarının kirayə seqmentində mənzil tapmaq çox çətindir. Elan saytlarında 500 manat civarında kirayə mənzil üçün axtarış versəniz, təmirsiz və şəraiti o qədər də yaxşı olmayan mənzillərlə rastlaşacaqsınız.
Sabunçu və Suraxanı rayonlarında isə kirayə evlərin qiyməti nisbətən ucuzdur. 50-60 kvadratlıq mənzillərə daha çox kirayə tələbi var. Bu ərazilərdə 500-600 manat civarında mənzillər tapmaq olar ki, həmin ərazilərə də müraciət edənlər çoxsaylı deyil.
Bunan başqa Xəzər, Qaradağ və Pirallahı rayonlarını da qiymətlərə görə misal göstərmək olar. Şəhərdən nisbətən uzaq olan bu rayonların ərazisində kirayə mənzillər çox münasib olur. Lakin bu ərazilərdə mənzillərə tələbat o qədər də çox olmur.
Ümumiyyətlə komfort səviyyəsi orta olan evlər hazırda 600 manatdan aşağı deyil. Bu qiymət növbəti ildə daha da artacaq və təqribən 10 faiz civarında artım mümkündür”.






