Bakıda koronavirus xəstələrinə yardım edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadıldı

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti mayın 1-dək uzadılıb.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Son xəbərlər
Digər xəbərlər