“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti noyabrın 1-dək uzadılıb.