Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə müddəti uzadılıb

Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il yanvarın 1-dək uzadılıb.

Son xəbərlər
Digər xəbərlər