8 C
Baku
Sunday, November 17, 2024

Bakıda koronovirus xəstələrinə yardım edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti uzadılıb.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həmin tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti 2023-cü il yanvarın 1-dək artırılıb.

Son xəbərlər
Digər xəbərlər