Son dövrlər Bakıda fəaliyyət göstərən bazarlarda yerdəyişmə prosesinin ilkin nəticələri artıq göz qabağındadır. Metrolardan çıxarlan ticarətçilərin bir qisminə müxtəlif bazarlarda bir müddətə güzəştli şərtlərlə təkliflər edilməsinə baxmayaraq, ticarətçilər həmən obyektlərdə ticarətin zəif olmasından şirkayətlənirlər.
Bu tip bazarlardan biri “Şərq bazarı” adı ilə tanınan bazardır. Verilən məlumatlara görə bazar demək olarki iflas səviyyəsinə çatmışdır. Bir çox banklar və kredit təşkilatları həmən bazardan olan ticarətçilərin kredit müraciətlərinə imtina verirlər.