Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “İşıqlandırma üçün lazımı mal-materialların satınalınması” üzrə elan etdiyi tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir ki, tenderin qalibi “İnterkabel” firmasıdır.
Qalib şirkətə 2 750 030 manat ödəniləcək.
Xatırladaq ki, 2021-ci ildə həmin şirkətə 2 998 894 manat, 2020-ci ildə isə 2 993 558 manat ödəniləcək.
Onu da qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi 1952-ci ildən bu günə fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət profili Bakı şəhəri üzrə küçə və prospektlərin, park və xiyabanların eləcədə bina fasadlarının işıqlanmasını təmin etməkdən ibarətdir.