5 C
Baku
Friday, March 29, 2024

Bakıda leysandan sonra şirkətə ziyan dəyib, Sığorta Şirkəti isə ödəməkdən yayınır

Azərbaycanda elekton (əsasən də kompüterə aid texnoloji mhsullar) məhsullar satışını həyata keçirən “BestComp Group” MMC və fizki şəxs kimi Fərid Rafiq oğlu Həsənov sığorta şirkətini ödənişi etməməkdə günahlandırır.

Banker.az-ın xəbərinə görə, iddiaçı şəxslər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “Axa MBASK” Sığorta Şirkəti ASC-nin 35,6 min manatlıq ödənişin “BestComp Group”un xeyrinə ödənilməsini xahiş edib.

“BestComp Group” şirkəti iddia edir ki, “AXA MBASK” ilə arasında bağlanan 15 fevral 2018-ci il tarixli “Hüquqi Şəxslərin və Sahibkarlıq Fəaliyyəti ilə Məşğul olan Şəxslərin Əmlakının Sığortası” haqqında 1131781 nömrəli sığorta şəhadətnaməsinə əsasən, iddiaçının Bakı
şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 30/78 ünvanında yerləşən kompüter texnikasının satışı mərkəzindəki daşınar əmlakları 200 min  manat dəyərində sığortalayıb.

23 sentyabr 2018-ci il tarixində bütün Bakı şəhərini əhatə edən (leysan nəticəsində suyun səviyyəsinin kəskin artması, nəqliyyatın hərəkətinin iflic olması və s.) məlum hadisə ilə bağlı satış mərkəzi də güclü leysan suları altında qaldığından, bir sıra daşınar avadanlıqlar sıradan çıxmış və nəticədə Cəmiyyətə 35 605 manat maddi zərər dəymişdir.

İddiaçi bildirirb ki, bu barədə dərhal cavabdeh “AXA MBASK” a məlumat verilib. Bundan sonra sığorta şirkətinin tələb etdiyi müxtəlif sənədlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentini 29.10.2018-ci il tarixli sığorta hadisəsini təstiq edən cavab məktubu cavabdehə rəsmən təqdim olunmuşdur. Bundan xeyli müddət keçəndən sonra, cavabdeh sığorta şirkəti sığortalı “BestComp Group” MMC-nə məxsus olan bu avadanlıqlara dəyən zərəri müəyyən etmək üçün onları satış mərkəzindən götürərək qiymətləndirmə aparmaq üçün “GSP” MMC şirkəti ilə xidmət müqaviləsi bağlamışlar və adı çəkilən şirkət 10.12.2018-ci il tarixdə (zərər dəyən SONİ markalı televizor istisna olmaqla) digər avadanlıqların qiymətləndirməsi barədə AKT tərtib etmişdir. Eyni zamanda cavabdeh sığorta şirkəti, Bakı şəhərinin Yasamal rayonunda yerləşən SONİ SERVİS MƏRKƏZİNƏ zərər dəyən “SONİ” markalı iri həcmli televizoru da təqdim etmiş və 21.01.2019-cu il tarixdə adı çəkilən servis mərkəzindən zərər dəyən televizoru 700 AZN təmir etmək mümkün olduğu barədə iddiaçı şirkətin əməkdaşlarına mobil telefon vasitəsi ilə rəy bildirilmişdir. Nəticə etibarı ilə cavabdeh “AXA MBASK” Sığorta Şirkəti ASC-nin əməkdaşı Səbuhi Təvəkkülov hadisə baş verən tarixdən 4 (dörd) ay sonra ‘’[email protected]” rəsmi mail adresi vasitəsi ilə “BestComp Group” MMC müraciət edərək 5000 (beş min) AZN məbləğində sığorta ödənişi edə biləcəyi barədə məlumat verib.

Bu qərarla “BestComp Group” MMC-nin razılaşmayacağını bildikdə isə cavabdeh sığorta ödənişi etməkdən ümumiyyətlə yayınmışdır. Əgər müqavilə üzrə iddiaçı şirkətə sığorta ödənişi düşmürdüsə, sığorta hadisəsi baş verən gündən (23.09.2018-ci il) iki ay keçəndən sonra (digər şirkətlərlə
xidmət müqaviləsi bağlayıb) zərər dəyən əmlakların məbləğini dəqiqləşdirmək cavabdeh şirkətə nə məqsədlə lazim idi və ya iddiaçı şirkətə 5000 AZN sığorta ödənişi niyə görə təklif edirdi. İddiaçı qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki  Məcəlləsinin 883 maddəsinə istinad edərək iddianın təmin edilməsini xahiş edib.

Məhkəmə bildirir ki, göstərilənlərə əsasən Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı “BestComp Group” MMC-nin cavabdeh “AXA MBASK” Sığorta Şirkəti ASC-yə qarşı “Sığorta hadisəsinə görə sığorta ödənişi” barədə iddiası təmin edilməməlidir.

Son xəbərlər
Digər xəbərlər