3 C
Baku
Tuesday, February 18, 2025

Bakıdakı liftlər yenilənir – Almaniya şirkətindən 16 milyon manata yeni liftlər alındı

Bakıda binalara yeni liftlər quraşdırılır.

Banker.az xəbər verir ki, “Lifttəmir” İstehsalat Birliyi “Wittur Holding GmbH” (Almaniya) ilə müqavilə bağlayıb.

Müqavilədə Bakı şəhərində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti başa çatmış liftlərin yenisi ilə əvəz edilməsi üçün lift avadanlıqları dəstinin satınalınması nəzərdə tutulur.

“Lifttəmir” İstehsalat Birliyinə Almaniya şirkətindən yeni lift avadanlıqları dəstinin satınalınması 16 milyon 331 min 864 manata başa gələcək.

Son xəbərlər
Digər xəbərlər