34 C
Baku
Wednesday, August 17, 2022

Bakıda mənzillərin kirayəsi bahalaşıb

Bu ilin noyabr ayı ərzində Bakının kirayə mənzil bazarında qiymətlər 2,4% artıb.

Bunu “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deib.

Onun sözlərinə görə, hesabat ayında obyektlərin icarəsində 6,2% artım qeydə alınıb.

“Yanvar-noyabr ayları üzrə kirayə mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% artıb. Obyektlərin icarəsində isə illik artım 6,4% təşkil edib”, – deyə N. İbrahimov bildirib.

                                                                                                                           APA

Son xəbərlər
Oxşar xəbərlər