Bakıda məşhur taksi şirkəti bağlandı

Bakıda fəaliyyət göstərən məşhur taksi şirkəti – “Salam Taksi”   fəaliyyətini dayandırıb.

Taksi şirkəti 2024-cü il yanvarın 1-dən bağlanıb.

Saytımıza məlumat verən taksi sürücülərindən biri bildirib ki, şirkətdən onlara qeyri-müəyyən vaxta qədər fəaliyyət göstərməyəcəkləri, ancaq sonradan işlərini bərpa edəcəkləri bildirilib. Lakin bunun nə vaxt baş verəcəyi deyilmir.

Xəbəri dəqiqləşdirmək üçün taksi xidmətinin qısa nömrəsinə  zəng etsək də, nömrəyə zəng çatmadı. Şirkətin mobil əlavəsi də fəaliyyətini dayandırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər