Manatın dollara nisbətdə məzənnəsi 1.05 qəpik müəyyən ediləndən sonra Bakıda bəzi mübadilə məntəqələrində manat qıtlığı yaranıb.
ANS TV-nin məlumatına görə, xarici valyutanı, konkret olaraq dolları manata çevirmək müşkül məsələyə çevrilib. Valyuta dəyişmə məntəqələrindən bildirilib ki, 3 gün əvvələ qədər manatı dollara çevirən vətəndaşlar məzənnənin qalxmasından sonra indi də əks əməliyyat yerinə yetirməyə çalışırlar. Lakin banklardan alınan manat kifayət etmir. Paytaxtda apardığı müşahidə zamanı o məlum olub ki, bəzi mübadilə məntəqələri bilərəkdən dollar alışını dayandırıblar. Bir neçə valyuta dəyişmə məntəqəsi isə bu gün fəaliyyət göstərmir.
Valyutadəyişmə məntəqəsinin işçisi Aqil 100 min manat bankdan götürdüyünü amma bunuda 1manat 3 qəpikdən dəyişdiyini və manatın qalmadığını deyir.
Valyutadəyişmə məntəqəsinin işçisi artıq onlarda manatın olmadığını bildirdi.
Alıcılar isə xərcləmək üçüm dolları manata dəyişmək istəyirlər. Amma bir çox valyutadəyişmə məntəqələrində manatın olmadığı halları ilə rastlaşırlar.