11 C
Baku
Wednesday, December 11, 2024

Bakıda maşınlar 50% endirimlə satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 25 fevral 2020-ci il tarixində növbəti dəfə nəqliyyat vasitələrinin hərracını keçirəcək.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

1-ci sətirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə Azərbaycan Respublikası Ali Məhkəməsinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

4-5-ci sətirlərdə Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsinin balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

6-cı sətirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

7-ci sətirdə “Azəristiliktəchizat” ASC-nin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

8-ci sətirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
(tel:566-07-44)

S/N

Balanssaxlayıcı müəssisənin adı Avtonəqliyyat vasitəsinin markası  

Buraxılış ili

Start qiyməti

(manatla)

 

10% beh

(manatla)

1. Kürdəmir Rayon İcra Hakimiyyəti Chevrolet Niva

GLC-212300

2010 10000 1000
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası İsuzu NHR55E yük 2007 9000 900
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Skoda Octavia 2003 5400 540
4. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima 2007 3000 300
5. Azərbaycan Respublikası Milli Məclisinin İşlər İdarəsi Nissan Maxima

(yüngül qəzalı)

2007 2000 200
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi. Mərkəzi Neftçilər Xəstəxanası Nissan Maxima 2002 3000 300
7. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ZİL-431412 ş-də

KC-2571 xüsusi

1989 7500 750
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı Yamaha XJ 900P 2009 4000 400
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı BMW 320 2007 5200 520
10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı QAZ-31105 2008 2200 220
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı QAZ-31105 2008 2200 220
12. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FİAT Doblo 2009 3800 380
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı FİAT Doblo 2009 3800 380
14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs VAZ-21043 2007 4000 400
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs VAZ-21043 2007 4000 400
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs VAZ-21043 2007 4000 400
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxs VAZ-21043 2007 4000 400
18. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası BMW 740 Lİ 2006 20000 2000
19. Kəlbəcər Rayon İcra Hakimiyyəti VAZ-21154 2011 1500 150

©BAKU.WS

Son xəbərlər
Digər xəbərlər