25 C
Baku
Saturday, April 20, 2024

Bakıda Menecment və İnnovasiya Forumu keçiriləcək

21 may 2019-cu il tarixində Bakı şəhərində “Boulevard” oteldə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının və ölkəmizin aparıcı şirkətlərinin dəstəyi ilə Menecment və İnnovasiya Forumu “Yaxşı İdarəetmə, İnnovasiya və Şəffaflıq” devizi ilə keçiriləcək. Forumun məqsədi ölkədə idarəetmənin və menecerlərin inkişafına dəstək olmaq, idarəetməyə dair yenilikləri paylaşmaq, şəbəkələşməni inkişaf etdirmək və idarəetmə mövzusuna aid məsələləri müzakirə etməkdir.

Forumda idarəetmə və innovasiya mövzularına aid 2 panel nəzərdə tutulmuş və bu panellərdə yerli və xarici ekspertlərin çıxışı planlaşdırılmışdır.

21 may tarixində saat 14:00-dan başlayıb 18:30-a qədər davam edəcək tədbirdə 200 nəfər olmaqla müxtəlif kateqoriyalı müəssisələrin və təşkilatların rəhbərləri, sahibkarlar, idarəetmə üzrə məsləhətçilər, gələcək liderlik vəzifəsinə hazırlanan şəxslər iştirak edə biləcəklər. Bütün iştirakçılar Forumun təşkilati komandası tərəfindən tədbirə dəvət olunacaqlar. Forumda özəl şirkətlərlə yanaşı əlaqəli dövlət qurumlarından rəsmilər də iştirak edəcəkdir.





Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər