8 C
Baku
Saturday, December 3, 2022

Bakıda “Mercure” brendi ilə ilk otel açılır

2023-cü ildə Bakıda “Mercure” brendi ilə ilk otelin açılışı planlaşdırılır. Bu barədə “Accor” qrupundan məlumat verilib.

“Mercure” oteli məşhur “Mogan Hotel Baku” otelinin rebrendinqi nəticəsində 2023-cü ildə Bakıda açılacaq. (…) “Mercure” – beynəlxalq şəbəkənin gücünü və yerləşdiyi bölgənin xüsusiyyətlərini, onun mədəniyyətini və ənənələrini özündə birləşdirən orta qiymət kateqoriyalı məşhur brenddir”, – “Accor”dan qeyd ediblər.

Şirkətdən məlumat verilib ki, oteldə 140 rahat otaq, həmçinin restoran və bar, müasir fitnes zalı və hovuzlu SPA mərkəzi, yuxarı mərtəbədə hamam və sauna olacaq

Həmçinin, otelin ziyarətçiləri ALL – – Accor Live Limitless qlobal loyallıq proqramının eksklüziv üstünlüklərinə çıxış əldə edəcəklər.

Yeni “Mercure Baku” oteli İnşaatçılar prospektində yerləşəcək.

“Cənubi Qafqazda yeni layihənin imzalanması və ən populyar brendlərimizdən biri – “Mercure”nin Azərbaycanda premyerası barədə məlumat verməkdən şadıq. “Mercure” brendinin yüksk xidmət standartları, aktual memamrklı qhəlləri və yerli mədəniyyət elementləri müasir insana yaxın və rahat obrazla birləşirlər. Bakı işgüzar səyyahların və turistlərin cəlb edilməsi üçün böyük potensiala malikdir. İnkişaf etmiş infrastruktur yumşaq iqlim və bənzərsiz mədəni irs, zəngin tarixi abidələrlə birlikdə paytaxtı dünyanın hər yerindən gələn qonaqların cazibə mərkəzinə çevirir. Əminəm ki, “Mercure Baku” onların gözləntilərinə cavab verəcək və yenidən buraya qayıtmaq üçün daha bir səbəb olacaq”, – “Accor New East Europe”un baş direktoru Aleksis Delaroff bildirib.

“Mogan Hotel Baku” oteli 2019-cu ilin sonundan etibarən Bakıda fəaliyyət göstərir.

“Accor” – 110 ölkədə 5300 oteli və 10000 restotranı birləşdirən dünyanın aparıcı otel qrupudur.

Öncə “Accor New East Europe”un baş direktoru Aleksis Delaroff “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildiri ki, “Accor” qrupu yaxın illərdə Azərbaycanda yeni otel brendlərinin açılması istiqamətində bir sıra yeni layihələr həyata keçirməyi planlaşdırır. “Hazırda Azərbaycandakı portfoliomuza iki otel daxildir: məşhur “Alov qüllələri” kompleksində yerləşən möhtəşəm “Fairmont Baku” və 2021-ci ilin yayında açılmış ekonom sinifli “ibis Baku City” oteli. Yaxın vaxtlarda biz Azərbaycanda digər otel brendlərini də təmsil etməyi planlaşdırırıq, belə ki, bu bazar bu regionda qrupun inkişafı üçün əsas bazarlardan biridir”.

Son xəbərlər
Digər xəbərlər
X