26 C
Baku
Saturday, July 27, 2024

Bakıda metallurgiya sənayesi sahəsində 101 milyon manatlıq istehsal olub

Cari ilin yanvar-mart aylarında paytaxtın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 101.6 milyon manatlıq məhsul istehsal edilib,

Banker.az Bakı Şəhər Statistika İdarəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə metallurgiya sənayesində 5.7 faiz artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 16.9 faiz azalma müşahidə olunub.

Keçən ilin yanvar-mart aylarına nisbətən sahə üzrə alüminium çubuqlar, millər və profillər 10.2 faiz artıb, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı isə 44,7 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər